Məktəblilərdən QORXUNC ƏMƏL: Yeniyetmənin üzərinə benzin tökərək... - ŞOK OLAY
    • 15-11-2023, 20:19
    • 354

Məktəblilərdən QORXUNC ƏMƏL: Yeniyetmənin üzərinə benzin tökərək... - ŞOK OLAY

Rusiyada iki orta məktəb şagirdi 13 yaşlı oğlanın üzərinə benzin tökərək yandırıblar.

News24.az xəbər verir ki, bu barədə URA.ru nəşri məlumat yayıb. 

Yeniyetmənin anası bildirib ki, övladı bu hadisədən sonra əlil olub. Qadın qeyd edib ki, hadisə bu ilin avqust ayında baş verib: "Oğlum və dostları motosikletlə gəzintiyə çıxıblar. Həmin gün uşaqlar özləri ilə beş litrlik avtomobil yanacağı da aparıblar. Məktəblinin biri onun oğlunu itələyib, digəri isə əlindəki benzini yeniyetmənin üzərinə töküb. Daha sonra “dost”lardan biri alışqan onu yandırıb. Oğlan bir anda alovlanıb”, - deyə ana bildirib.

O, bildirib ki, yoldaşları yanan uşağa kömək etməyə belə cəhd etməyib, dayanıb baş verənləri izləyiblər. Hadisədən sonra qadının sözlərinə görə, oğlu xəstəxanada 66 gün qalıb. Həkimlər dəri transplantasiyası əməliyyatı keçirib və o, yenidən yeriməyi də öyrənib.

Yekaterinburqlu qadın bildirib ki, o, demək olar ki, dərhal polisə ərizə yazıb, lakin cinayətkarlar hələ də cəzalandırılmayıb.

Aynurə