-
- 31-05-2024, 18:01
- 413
Rekord isti: 24 saatda 15 ölüm
Hindistan həddindən artıq istilərlə mübarizə aparır. Qeyd edilib ki, paytaxt Yeni Dehlinin bir hissəsində termometrlər 52,9 dərəcə Selsi göstərib ki, bu da indiyədək ən yüksək temperatur olub.
News24.az xəbər verir ki, meteorologiya bölməsindən verilən açıqlamada yaxın günlərdə Hindistanın mərkəzində və şimal-qərbində temperaturun aşağı düşəcəyi, ölkənin şərqində isə istilərin davam edəcəyi, havanın temperaturu müşahidə olunduğu qeyd edilib.
Qeyd edək ki, bu istilər normaldan 4,5-6,4 dərəcə yüksəkdir.
Onu da bildirək ki, Bihar və Odişa ştatlarında azı 15 nəfər ölüb. Ölümlərdən 10-u Odişanın Rurk bölgəsində, 5-i isə Biharın Auranqabad şəhərində günvurma nəticəsində baş verib.
Biharla həmsərhəd olan Carkhand ştatında 3 nəfər həyatını itirib.
Dünən daha 7 nəfərin həyatını itirdiyini bildirən səlahiyyətlilər, ölümün dəqiq səbəblərinin yarılma nəticəsində müəyyənləşəcəyini bildiriblər.
Ölümün səbəbləri məlum olduqdan sonra ölənlərin sayının artacağı gözlənilir.
Eyni zamanda, Odişa hökuməti həddindən artıq isti səbəbindən saat 11.00-15.00 arasında açıq hava tədbirlərini qadağan edib.
Bu həftə havanın temperaturunun 43 dərəcəyə çatacağı gözlənilən Yeni Dehlidə isti ilə bağlı ilk ölüm hadisəsi qeydə alınıb.
Günel Məlikzadə