2 ton 605 kiloqram narkotik müsadirə edildi
    • 12-05-2019, 13:35
    • 980

2 ton 605 kiloqram narkotik müsadirə edildi

İranın Sistan-Bəlucistan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində 2 ton 605 kiloqram narkotik vasitə müsadirə edilib.

News24.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi general Məhəmməd Qənbəri məlumat verib.

Rəis bildirib ki, daxil olan operativ məlumat əsasında Pakistandan İrana daxil olan 4 ədəd “Toyota” markalı yük avtomobili izlənilib. Sarvan-Zahidan yolu ilə hərəkət edən avtomobillər polis tərəfindən saxlanılıb. Avtomobillərin sürücüləri və yükü müşayiət edən adamlar qaçmağa cəhd ediblər. Lakin polisin sayıqlığı nəticəsində onlar həbs edilib. Hazırda istintaq aparılır.

General nəzərə çatdırıb ki, son illər narkotik vasitələrinin Əfqanıstan və Pakistandan qaçaqmalçılıq yolu ilə İrana buradan isə Avropaya daşınması halları artıb. İran polisi və sərhəd qoşunlarının əsgərləri dəfələrə qaçaqmalçılarla silahlı toqquşmada iştirak etmək məcburiyyətində qalıblar. Bu günə kimi dörd minə yaxın polis və sərhədçi şəhid olub. Avropa dövlətləri narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq üçün İrana maddi və texniki yardım edəcəklərini söz versələr də buna əməl etmirlər.