Bakıda yeni açılan “Crescent Mall”-da xoşagəlməz hadisə BAŞ VERİB - VİDEO
    • 1-06-2024, 14:06
    • 55 214

Bakıda yeni açılan “Crescent Mall”-da xoşagəlməz hadisə BAŞ VERİB - VİDEO

Bakının Neftçilər prospektində açılan yeni ticarət mərkəzi “Crescent Mall” xoşagəlməz hadisə baş verib. 

News24.az-ın xəbərinə görə,  hadisə ilə bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb.

Yayılan görüntülərdən aydın olur ki, azyaşlı bir uşağın ayağı eskalatorlarda sıxışıb. Görüntülərdə ərazidə olan vətəndaşların uşağa və valideyninə köməyə etdiyi görünür. Görüntüdə eşidilən səslər montaj olsa da, hadisənin “Crescent Mall”-da çəkildiyi məlumdur.

Məsələ ilə bağlı “Crescent Mall”un məlumat mərkəzi ilə əlaqə saxladıq. Hadisə barəsində ətraflı məlumat veriləcəyi bildirildi.

Aqil Qarayev