Ermənistanın Azərbaycana qarşı təxribatına RƏSMİ CAVAB
    • 12-05-2019, 14:35
    • 1 427

Ermənistanın Azərbaycana qarşı təxribatına RƏSMİ CAVAB

Gənclər və İdman Nazirliyi tərəfindən Henrik Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakı ilə bağlı Azərbaycanın  təhlükəsizlik təminatını verməməsi məsələsinə münasibət bildirilib.

Nazirlikdən  News24.az-a  verilən açıqlamada bildirilir: “Bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi Dövlət iştirakçı ölkələrə təhlükəsizlik təmimatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır”.