"Qarabağ"ın sabiq futbolçusu Juninyonun transferi açıqlandı

"Qarabağ"ın sabiq futbolçusu Juninyonun transferi açıqlandı İdman

"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikada davam etdirəcək.

News24.az-ın məlumatına görə, "Pumas" klubu 29 yaşlı hücumçunun transferini açıqlayıb.

Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə də imzalayıb.

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"ın formasını geyinən Olavio Juninyo cari ilin əvvəlində Braziliya təmsilçisi "Flamenqo"ya keçmişdi.(Report)