-
- 2-06-2024, 10:25
- 216
Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb
Rusiya Federasiyasının Rostov vilayətində meşə təsərrüfatında baş verən yanğının sahəsi 117 hektara çatıb.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.
“Yanğınların söndürülməsi küləkli hava səbəbindən çətinləşib, yaşayış məntəqələri üçün təhlükə yoxdur”, - deyə mətbuat xidmətindən bildirilir.
Meşə yanğınının söndürülməsinə 280 fövqəladə hallar xidmətinin mütəxəssisi və 83 texnika cəlb olunub. Həmçinin yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası da cəlb edilib.