Baydenin oğlu hakim qarşısında
    • 3-06-2024, 13:00
    • 176

Baydenin oğlu hakim qarşısında

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə qarşı narkotikin təsiri altında silah almaq və saxlamaq ittihamı ilə açılan məhkəmə prosesi bu gün münsiflər heyətinin seçilməsi ilə başlayır.

News24.az xəbər verir ki, ABŞ prezidentinin oğlu ilk dəfə hakim qarşısına çıxacaq.

Qeyd edək ki, 54 yaşlı Hunter Bayden 2018-ci ildə 38 kalibrli Colt Cobra tapançasını alması ilə bağlı üç cinayət ittihamını rədd edir. Təqsirli bilinərsə, Bayden 25 ilə qədər həbs cəzası ala bilər. 

Günel Məlikzadə