Baydenə impiçment elan ediləcək
    • 25-07-2023, 12:00
    • 218

Baydenə impiçment elan ediləcək

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenə onun ailə üzvlərinin xaricdəki korrusiya sxemləri ilə bağlı impiçment elan etməyə hazırlaşır. 

News24.az xəbər verir ki, bunu Nümayəndələr Palatasanın spikeri Kevin Makkarti deyib.

Spiker qeyd edib ki, seçki kampaniyası zamanı Bayden heç vaxt biznes haqqında danışmadığını iddia edib. Baydenin sözlərinə görə, onun  ailəsi Çindən bir dollar da almayıb. 

"Biz bunun doğru olmadığını sübut etdik... İş Konqresə bütün digər zəruri bilik və məlumatları əldə etmək üçün ən güclü səlahiyyət verəcək impiçment araşdırmasına doğru gedir", - Makkarti bildirib.

Nümayəndələr Palatasının spikeri onu da əlavə etdi ki, Bayden sonuncu dəfə ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun  administrasiyası zamanı tətbiq edilən üsullardan istifadə edir: Makkartinin sözlərinə görə, Ağ Evin rəhbəri hökumətdən öz ailəsinin maraqları naminə silah kimi istifadə edir, həmçinin Konqresə “nəzarət” etməyə imkan vermir.

Öz növbəsində ABŞ Daxili Gəlir Xidmətinin (IRS) Cinayət Müstəntiqi Cozef Ziqler Konqresə məlumat verib ki, oğlu Hunter Bayden və onun biznes tərəfdaşları xarici mənbələrdən 17 milyon dollar, o cümlədən Ukrayna Burismasından 7,3 milyon dollar alıblar. Ziegler yekun nitqində Konqresə tövsiyə ediv ki, Hunter Bayden işini araşdırmaq üçün xüsusi müşavir təyin edilsin. 

Arzu