Rəisi üçün ürəyim yandı! - Ayətullah Xamnəi
    • 3-06-2024, 19:44
    • 123

Rəisi üçün ürəyim yandı! - Ayətullah Xamnəi

"İbrahim Rəisi üçün ürəyim yandı!"

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Xamnəi deyib.

O bugünkü çıxışında qeyd edib: "Cənab Rəisi və onun yoldaşları xalqa xidmət yolunda şəhid oldular. Biz onları xidmət şəhidləri hesab edirik. Möhtərəm prezidentimiz haqqında hamı etiraf edirdi ki, o, zəhmət və xidmət adamı, saflıq və namus adamı idi. İndi bütün siyasətçilər onun xidmətlərindən danışırlar. Ürəyim yandı! Rəisi üçün ürəyim yandı! Sağlığında bəziləri bu şeylər barədə bir söz deməyə razı deyildi".