Neftçalada külli miqdarda narkotik dövriyyədən çıxarılıb - DİN-dən ƏMƏLİYYAT
    • 13-05-2019, 11:08
    • 827

Neftçalada külli miqdarda narkotik dövriyyədən çıxarılıb - DİN-dən ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.    

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhDİN-in mətbuat xidmətindən ər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Həziyevin “QAZ-3302” markalı avtomobilindən marixuana aşkar edilərək götürülüb.  

Davam etdirilən tədbirlərlə E.Həziyevin Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan isə 1 ədəd “F-1” markalı qumbara və 10 kiloqramdan artıq  marixuana aşkar edilərək götürülüb.
  
Digər əməliyyat tədbirləri ilə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146 ədəd, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüb.

Faktlarla bağlı araşdırmalar aparılır.