-
- 3-06-2024, 22:33
- 521
Yataq otağınıza soğan qoyun - Faydasına inanmayacaqsınız
Yeməklərin vazkeçilməzi olan soğan sağlamlıq üçün çox faydalı bir qidadır. Xalq arasında məlum olduğu kimi təbii antibiotikdir.
News24.az Bakupost.az-a istinadən xəbər verir ki, bir çox xəstəliklərin təbii yolla sağalmasına kömək edən soğanı yemək əvəzinə yataq otağınıza qoysanız, onun təsirinə inanmayacaqsınız.
Qabıqlarını soyanda belə göz yaşlarına səbəb olan bu tərəvəzin təsirinə heyran qalacaqsınız.
Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı faydalar arasında ən bariz olanı tənəffüs sisteminə faydasıdır. Yataq otağınıza soğan yerləşdirdiyiniz zaman, tənəffüs yolu xəstəlikləri varsa, daha rahat nəfəs almağınıza kömək edəcək, həmçinin otaqdakı pis havanı və pis qoxunu tutacaq.
Sinir sistemini sakitləşdirməkdə də təsirli olan soğan, gecələr daha asan yuxuya getməyinizə və səhərlər daha enerjili oyanmağınıza kömək edəcək. Soğan otaqdakı mənfi enerjini özünə cəlb etməkdə çox təsirlidir.
Bundan əlavə, soğan təbii antibiotikdir və otağınızdakı mikrobları udaraq sağlam bir gecə keçirmənizdə təsirli olacaq.