-
- 11-01-2023, 11:57
- 1 659
Soğan qabığının inanılmaz faydaları
Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur. Lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğanın qabıqlarından bir çox xəstəliklərin dərmanı kimi istifadə olunur. Bəs soğan qabıqları hansı xəstəliklərin müalicəsi üçün faydalıdır?
Soğan qabıqları dəri üçün olduqca faydalıdır. Hüceyrə yeniləyici xüsusiyyətləri sayəsində yaraların və sızanaqların sağalmasına kömək edir. Kiçik yaralar və kəsiklər üçün də faydalıdır. Eyni zamanda soğan qabıqlarından çay dəmləyə bilərsiniz. Qaynadılmış soğan qabıqları saç tökülməsinin də qarşısını alır.
Bu çayın digər müalicəvi xüsusiyyətləri:
– immun sistemini möhkəmləndirir
– iltihabları azaldır
– sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik yollarını təmizləyir
– damarları möhkəmləndirir, onları daha elastik edir
– aterosklerozun inkişafının qarşısını alır
– ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır
– damarlarda trombların əmələ gəlməsinin qarşısını alır
– arterial təzyiqi tənzimləyir
– orqanizmdə iltihabları azaldır
Qumral Əliyeva