Xəzər dənizində faciə: 5 nəfər öldü - YENİLƏNİB
    • 3-06-2024, 20:38
    • 1 116

Xəzər dənizində faciə: 5 nəfər öldü - YENİLƏNİB

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO)  “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


*** 19:41

"Bu gün saat 16:47 radələrində Xətai rayonunda “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda qaz balonunun partlaması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd edilib ki, çağırış üzrə hadisə yerinə 7 təcili yardım briqadası cəlb olunub.


*** 19:24

Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib

News24.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.