-
- 13-05-2019, 12:52
- 1 031
Hicran Hüseynovadan jurnalistlərə irad: "Bu, yolverilməzdir"
“Bir çox hallarda jurnalistlər qadın və ya uşaq problemləri ilə bağlı hazırladıqları informasiyanı cəmiyyətə şou kimi çatdırırlar. Bu yolverilməzdi”.
News24.az xəbərinə görə, bunu Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Bakıda keçirilən "Gender bərabərliyi və Media" mövzusunda çıxışı zamanı bildirib.
O, KİV-lərdə qadın və uşaqlarla bağlı yazılan məlumatlara görə jurnalistlərə müraciət edib:"Jurnalistlər hansısa problemlə bağlı yazı hazırlayarkən bir qədər ciddi olmalıdırlar. Biz Dövlət Komitəsi olaraq bu vaxta qədər KİV ilə müxtəlif vaxtlarda təlimlər keçirmişik. Düşünürəm ki, hazırki vaxtda da daha da güclü treninqlərə ehtiyac var. Ona görə ki, bir çox hallarda jurnalistlər qadın və ya uşaq haqqında hazırladıqları informasiyanı cəmiyyətə şou kimi çatdırırlar. Bu yol verilməzdi. Axı burada qadın, uşaq hüquqları qorunmalıdır. KİV nümayəndələri bu sahəyə ciddi yanaşmalıdırlar. Düzdür, Azərbaycanda peşəkar jurnalsitlər var . Lakin biz düşünürük ki, gələcəkdə bu sahənin daha da dərindən bilən jurnalislərin ordusunu yaradaq".
Afaq Mirayiq