250 zəlzələ qeydə alındı
    • 4-06-2024, 13:12
    • 216

250 zəlzələ qeydə alındı

Havaydakı Kilauea vulkanı 2023-cü ilin sentyabrından sonra yenidən püskürüb. Dünyanın ən aktiv vulkanından lava axmağa davam edir.

News24.az xəbər verir ki, vulkan saatlarla alov püskürür. Səlahiyyətlilər püskürmədən əvvəl bölgədə 250 zəlzələ qeydə alıb.

Vulkandan çıxan qazların hələlik insan sağlamlığı üçün təhlükə yaratmadığı açıqlansa da, bir müddət kənd təsərrüfatı heyvanlarının çölə buraxılmaması tövsiyə edilib.

Sonuncu püskürmə təxminən 50 il əvvəl lavanın axdığı ucqar ərazidə baş verib.

1974-cü ildəki partlayış təxminən altı saat davam edib.

Vulkan 2008-ci ildən püskürmək təhlükəsi ilə üzləşib. Bu səbəbdən vulkanın ətrafı bağlanıb.

Günel Məlikzadə