-
- 30-05-2024, 11:13
- 206
İslandiyada həyəcan
İslandiyanın cənub-qərbindəki vulkan yenidən aktivləşib. Svartsengi vulkanik sistemindəki 3,4 kilometrlik çatdan lava püskürməyə davam edir. Rəsmilər çatın böyüməyə davam etdiyini bildirib.
News24.az xəbər verir ki, ölkənin simvollarından olan Blue Lagoon kimi tanınan geotermal spa mərkəzi yenidən bağlanıb.
Püskürmədən əvvəl "güclü zəlzələ aktivliyi" də aşkarlanıb, bölgədə vulkanik fəaliyyətlə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Yarımadada minlərlə insanı işıq və su ilə təmin edən elektrik stansiyası da boşaldılıb. Bölgədə lava axınının qarşısını almaq üçün baryerlər tikilib.
Qeyd edək ki, noyabr ayında vulkanik fəaliyyətlə əlaqədar 4 minə yaxın Qrindavik sakini daimi olaraq təxliyə edilib.
Paytaxt yaxınlığındakı Keflavik Beynəlxalq Hava Limanı fəaliyyətini davam etdirir. Partlayış dekabr ayından bəri İslandiyada eyni vulkanda baş verən beşinci püskürmə kimi qeydə alınıb.
Onu da bildirək ki, yarımadada 18 dekabr, 14 yanvar, 8 fevral və 17 martda da vulkan püskürmələri baş verib. İslandiya 33 aktiv vulkan sistemi ilə Avropanın ən çox vulkanına ev sahibliyi edən ölkədir.
Günel Məlikzadə