ADMIU-nun SABAH qrupları Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib
    • 13-05-2019, 14:35
    • 1 199

ADMIU-nun SABAH qrupları Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) SABAH qrupları Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun SABAH qruplarının müəllim heyəti, III kurs “Aktyor sənəti” ixtisasının tələbələri və SABAH məzunları “Hərə bir qəhrəman” və “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşaları ilə iştirak ediblər. 

Tamaşalar böyük maraqla qarşılanıb. Festivalın sonunda iştirakçılar sertifikatla mükafatlandırılıb.