Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb
    • 13-05-2019, 15:38
    • 2 361

Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində biri kişi, ikisi qadın olmaqla, 3 nəfər xəsarət alıb.

Xəsarət alan tibb işçiləridir və onların vəziyyəti orta ağır qiymətləndirilir.

Xəstələr Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.