-
- 13-05-2019, 16:04
- 834
Erkən nigah və işsizliyin insan alverinə yol açması mövzusunda tədbir keçirilib
Hacıqabul rayonunda “Erkən nigah və işsizlik insan alverinə şərait yaradan səbəblər kimi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil olunub. Ümumtəhsil məktəblərinin psixoloqlarının, gənclərin, sosial işçilərin və b. iştirak etdiyi tədbirdə mövzu ilə bağlı müzakirələr və maarifləndirmə aparılıb.
İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə ətraflı məlumatlar verilib. İnsan alveri qurbanlarının, eləcə də potensial qurbanlarının (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərin) cəmiyyətə fəal inteqrasiyasında onların məşğulluğunun təmin olunmasının da xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Həmin şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, habelə onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması, məşğulluq problemlərinin həlli istiqamətində görüləcək işlər müzakirə olunub.