-
- 14-05-2019, 09:49
- 1 005
İcmanın "Twitter" hesabına qoyulan blok aradan qaldırılıb
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəsmi "Twitter" hesabının üzərinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
News24.az "Report"a istinadla xəbər verir ki, bunu icma rəhbəri Tural Gəncəliyev deyib.
"Gələcəkdə icmamıza qarşı bu kimi halların davam edəcəyini və icmaya qarşı saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram", - T.Gəncəliyev bildirib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəsmi "Twitter" hesabına məhdudiyyət ermənilərin şikayəti əsasında qoyulmuşdu.