Cəlilabaddakı avtobus qəzası ilə bağlı SON MƏLUMAT
    • 6-06-2024, 12:47
    • 126

Cəlilabaddakı avtobus qəzası ilə bağlı SON MƏLUMAT

Xəbər verdiyimiz kimi, 06.06.2024-cü il tarixində saat 09:30 radələrində Cəlilabadda ağır yol-nəqliyyat hadisəsinin baş verib.

News24.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

Qeyd edək ki, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobus qəzaya düşüb.