Ordumuz Naxçıvanda təlim keçirdi - VİDEO
    • 6-06-2024, 16:34
    • 112

Ordumuz Naxçıvanda təlim keçirdi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması barədə tapşırıqlar verilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, toplantıda əsas diqqət taktiki, atəş, fiziki, sürücülük, artilleriya, mühəndis və sıra hazırlığından praktiki nümayiş məşğələlərinin planlaşdırılaraq keçirilməsinə yönəldilib. Zabitlərin nəzəri biliklərinin, praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən məşğələlərdə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər və onların həlli istiqamətində suallar işlənilib.

Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması barədə tapşırıqlar verilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, toplantıda əsas diqqət taktiki, atəş, fiziki, sürücülük, artilleriya, mühəndis və sıra hazırlığından praktiki nümayiş məşğələlərinin planlaşdırılaraq keçirilməsinə yönəldilib. Zabitlərin nəzəri biliklərinin, praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən məşğələlərdə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər və onların həlli istiqamətində suallar işlənilib. Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.