Bakıda kafe yanıb kül oldu

Bakıda kafe yanıb kül oldu Hadisə


Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan taxta konstuksiyalardan ibarət kafenin yanar konstruksiyaları 55 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 30 m² sahədə və 1 ədəd su qızıdırıcısı əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.