Məşhur aktrisa əməliyyat olundu - FOTO
    • 7-06-2024, 11:21
    • 252

Məşhur aktrisa əməliyyat olundu - FOTO

Türkiyəli aktrisa Burcu Kara sosial media hesabında əməliyyat olunduğunu açıqlayıb. Aktrisa "Uzun müddətdir beynimdə mənimlə yaşayan dostdan qurtuldum" deyib.

News24.az xəbər verir ki, Kara sözlərini belə davam etdirdi:

"Əlbəttə, əgər xəstəxana xalatında foto qoyursansa, bundan sonra baş verəcəkləri bilməlisən. Bəli, həyat həmişə yaxşı, gözəl və sağlam anlardan ibarət deyil, hər şey insanlar üçün deyilmi? Çoxlu araşdırmalar apardıq, danışdıq və həkimlərlə görüşdük və Hakan hocanı tapdıq".

Aktrisa, "Münasibət mənim üçün həyatda hər şeydir. Mən doğumuma iki gün qalmış bir iradla həkimini dəyişən adamam. İndi belə bir qərar verdiyim üçün sevinirəm. Haqqında danışdığımız bütün riskləri dəf etdik. Ona, komandasına və bütün xəstəxana işçilərinə böyük hörmət və təşəkkürümü bildirirəm. Zəng edən, soruşan və yazan bütün sevdiklərimə təşəkkür edirəm və hamımıza sağlam həyat arzulayıram" deyib.

Günel Məlikzadə