-
- 7-06-2024, 11:26
- 233
"Dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatı yaranıb"
Qarabağ və Şərgi Zəngəzurda tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin artırılması, infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə vəzifələrin icrası üçün dövlət büdcəsi qarşısında əlavə 3 796,1 milyon manat maliyyə tələbatı yaradıb.
News24.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunla bağlı danışarkən deyib.
"Qeyd olunan maliyyə tələbatının gözlənilən artımı dövlət büdcəsinin yenilənmiş proqnozlara əsasən gəlirlərinin, büdcə kəsirinin böyüdülməsi, təsdiq olunmuş büdcənin bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsait hesabına qarşılanması nəzərdə tutulur", - deyə o qeyd edib.