Şagirdləri daşıyan avtobus aşdı: 6 ölü
    • 7-06-2024, 21:22
    • 1 604

Şagirdləri daşıyan avtobus aşdı: 6 ölü

Suriyanın şimal-qərbindəki İdlib vilayətində şagirdləri daşıyan avtobus Orontes çayına aşıb.

News24.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 6 nəfər həyatını itirib, çoxlu sayda uşaq isə yaralanıb. 

Hadisə yerinə çoxlu təcili yardım maşınları və xilasetmə qrupları göndərilib. 

Axtarış-xilasetmə işləri davam edərkən, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.