Avtomobillə avtobus toqquşdu: Yaralılar var
    • 30-05-2024, 13:11
    • 498

Avtomobillə avtobus toqquşdu: Yaralılar var

Türkiyədə dəhşətli qəza baş verib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, minik avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub. 

Qeyd edək ki, qəza nəticəsində 22 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib. Yaralılar sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından şəhərdəki xəstəxanalara sövq edilib. Yaralılara tibbi yardım göstərilib.

Bildirək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə