Azərbaycanda 35 yaşlı kişini ildırım vurdu
    • 9-06-2024, 08:00
    • 173

Azərbaycanda 35 yaşlı kişini ildırım vurdu


Goranboyda 35 yaşlı kişini ildırım vurub.

News24.az konkret.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Quliyev Ayaz Mübariz oğlunu həyətində qəfil ildırım vurub və o huşunu itirərək yerə yıxılıb.

A.Quliyev təcili xəstəxanaya çatdırılıb.