-
- 14-05-2019, 18:46
- 1 403
Gömrük Komitəsi: “KİV-də gedən məlumatlar yanlışdır”
Bəzi kütləvi informasiya vasitələrində gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Belə ki, həmin məlumatlarda "Forever Living Products Azərbaycan" MMC-nin ölkə ərazisinə idxal etdiyi malların invoys qiymətlərinin gömrük orqanları tərəfindən süni şəkildə artırıldığı, qida əlavələri mal mövqeyi üzrə idxal edilən malların dərman vasitəsi kimi rəsmiləşdirilməsinin tələb olunduğu iddia edilir.
News24.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsindən bildirilir ki, "Forever Living Products Azərbaycan" MMC tərəfindən idxal edilən malların rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin aşağı göstərilməsinə dair əsaslı şübhələr yarandığından nümunələr əsasında ekspertizalar təyin edilib və digər araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi isə gömrükçülərin şübhələrini təsdiqləyib və malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Qida əlavəsi kimi idxal edilən malların gömrük orqanları tərəfindən dərman vasitəsi olaraq bəyan edilməsinə dair tələbi isə ümumiyyətlə həqiqətə uyğun deyil. Belə ki, "Forever Living Products Azərbaycan" MMC tərəfindən idxal edilən mallar gömrük orqanının ekspertizanın nəticələrinə görə müəyyən etdiyi dəyərlə qarşı tərəfin razılığı əsasında qida əlavəsi kimi bəyan olunaraq rəsmiləşdirilib.
Onu da qeyd edək ki, araşdırma prosesi başa çatana qədər idxalatçının əlavə ödəmələrə məruz qalmamasını təmin etmək məqsədilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında birbaşa "Forever Living Products Azərbaycan" MMC-nin anbarına boşaldılaraq saxlanılıb.