Bakıda tələbə dava zamanı öldü
    • 14-05-2019, 19:23
    • 1 191

Bakıda tələbə dava zamanı öldü

Bakıda tələbələr arasında baş vermiş dava ölümlə nəticələnib. 

News24.az xəbər verir ki, sosial şəbəkələrdə Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirdiyi haqda məlumatı yayılıb. 

Məlumatda bildirilir ki, tələbə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. İnsidentlə əlaqədar bir nəfər saxlanılıb. 

Məlumatla bağlı Bakı İdarəetmə və Texnologiya Kolleci ilə əlaqə saxladıq. Kollecdən məsələ ilə bağlı hər hansı bilği verilmədi. 

Sosial şəbəkədə yayılan xəbərdə o da bildirilib ki, faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.  

Amma Nərimanov rayonu 18-ci Polis Bölməsindən News24.az-a hadisədən məlumatsız olduqlarını bildirdilər.