Məşhur aktrisa evləndi - FOTOlar
    • 10-06-2024, 10:53
    • 219

Məşhur aktrisa evləndi - FOTOlar

İki mövsümdür Star TV-də yayımlanan Ömər serialında Nisə obrazını canlandıran Merve Dizdar aktyorluğu ilə yanaşı şəxsi həyatı ilə də tez-tez gündəmdədir.

News24.az xəbər verir ki, 2021-ci ildə Gürhan Altundaşardan boşanan Merve Dizdar axtardığı sevgini Cihan Aygerdə tapıb.

Bir müddətdir evlənəcəyi ilə bağlı xəbərlər yayılan məşhur cütlük ötən gün ailə qurub.

Qeyd edək ki, Aktrisa Nihan Pekerin gəlinliyini seçib.

Dizdarın yaxın dostu Ezgi Mola onu tək qoymayıb.

Toy mərasimindən sonra ailəsi və yaxın dostları arasında şənlik edən cütlük nikah şahidləri Numan Atay və Ayşegül Karacan olub.

Cütlüyün toyundan kadrları təqdim edirik...

Günel Məlikzadə