"Fənərbağça"nın futbolçusu evləndi
    • 28-05-2024, 13:25
    • 326

"Fənərbağça"nın futbolçusu evləndi

"Fənərbağça"nın milli futbolçularından Çağlar Söyüncü ötən həftə modelyer sevgilisi Serra Pakdemirlə nişanlanıb.

News24.az xəbər verir ki, nişan fotolarını sosial media hesablarında yayımlayan məşhur cütlük günlər sonra evlənib.

İyunun 14-də start götürəcək futbol üzrə Avropa çempionatı üçün Türkiyə Milli Futbol Komandasına çağırılan Çağlar Söyüncü yoldaşlıq oyunları öncəsi ailə həyatı qurub.

Bodrumda ailə quran cütlüyün toyuna futbol dünyasının bir çox adı qatılıb.

Toydan sonra təşkil edilən gecədə cütlüyün yaxın dostu olan məşhur DJ Mahmut Orxan da səhnəyə çıxıb.

Çağlar Söyüncü və Serra Pakdemirin toy mərasimindən kadrlar sosial şəbəkədə paylaşılıb.

Günel Məlikzadə