Zakir Həsənov generalı işdən çıxardı - Yeni təyinat (FOTO)
    • 10-06-2024, 12:30
    • 1 886

Zakir Həsənov generalı işdən çıxardı - Yeni təyinat (FOTO)

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, Namiq Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.