Nazir polis rəisini vəzifəsindən azad etdi
    • 6-06-2022, 21:48
    • 392

Nazir polis rəisini vəzifəsindən azad etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Sənədə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.