Ay Yerdən uzaqlaşır
    • 10-06-2024, 13:25
    • 255

Ay Yerdən uzaqlaşır

Alimlər aşkar ediblər ki, Ayın Yerdən məsafəsi zaman keçdikcə dəyişir və onun planetimizlə əlaqəsinə təsir edir.

News24.az xəbər verir ki, alimlərin fikrincə, təxminən 1,4 milyard il əvvəl Yerin bir tam fırlanması təxminən 18 saat çəkib.

Bu o deməkdir ki, o zaman Ayın Yerə olan məsafəsi daha yaxın olub. Buna görə də Ayın cazibə qüvvəsi Yerin fırlanma sürətini artırıb.

Nəticədə, günlər qısalıb və Yer daha sürətli fırlanır.

GÜNLƏR 25 SAAT OLACAQ

90 milyon il əvvələ aid qaya formasiyasının çöküntülərini araşdıran alimlər Ayın ildə orta hesabla 3,82 santimetr uzaqlaşdığını aşkar edib.

Müşahidələrdən sonra Yer günlərinin 200 milyon ildən sonra 25 saat davam edəcəyini təxmin etdiklərini açıqlayıblar.

Ancaq unutmaq olmaz ki, alimlər Ayın 4,5 milyard yaşında olduğunu bilirlər.

Bu səbəbdən hesablamalarının bir qədər qeyri-dəqiq ola biləcəyini bildirirlər.

Günel Məlikzadə