Gün 6 saat uzanıb - Yerin oxu ətrafında ARAŞDIRMA
    • 21-06-2023, 14:52
    • 872

Gün 6 saat uzanıb - Yerin oxu ətrafında ARAŞDIRMA

Dünya tarixində hər şeyin yavaşladığı və ya hətta dayanma nöqtəsinə qədər gəldiyi bir dövr olduğunu bilirdinizmi? Bu dövrdə tektonik fəaliyyətlər azalıb, geokimyəvi proseslər daha da ağırlaşıb.

News24.az xəbər verir ki, elm adamlarının "darıxdırıcı milyard" adlandırdıqları bu dövrlə bağlı bu yaxınlarda dərc edilən bir araşdırmada təəccüblü və maraqlı iddialar irəli sürülüb.

İki geofizikin hazırladığı və "Nature Geoscience"də dərc edilən araşdırmaya görə, bu, "darıxdırıcı milyard" Yerin öz oxu ətrafında bu gün olduğu kimi 24 saat deyil, 19 saat fırlandığı bir dövrdə baş verib.

Gündə 19 saat davam edən bu proses təxminən 1 milyard il davam edib. Tədqiqatçılar bu qəribəliyin planetimizin uzaq keçmişində rol oynayan iki rəqabətdə olan qüvvədən qaynaqlandığını bildiriblər.

Məlumata görə, o zaman Ay Yerə daha yaxın idi və cazibə qüvvəsindən çıxa bilməyərək sabit bir məsafədə dayanırdı.

Çin Elmlər Akademiyasından Ross Mitşel və Avstraliyadakı Kurtin Universitetindən Uve Kirşer "Zaman keçdikcə Ay Yerin fırlanma enerjisini özünə götürüb və özünü Yerdən uzaqda olan daha yüksək orbitə atıb", - deyə bir fikir səsləndiriblər.

Bu fikir ayrılığı bu gün də davam edir. Ayın Yerdən uzaqlaşması nəticəsində Yerin fırlanma sürəti o qədər kiçik fərqlərlə azalır ki, biz bunu hiss edə bilmirik və bununla 1 günün müddəti 24 saatdan bir az çox uzanır. Bəzi hesablamalara görə isə günlərimiz hər il 0,000015 saniyə uzanır.

Yerin fırlanması ilə bağlı 2018-ci ildə aparılan bir araşdırmada 1,4 milyard il əvvəl bir Yer gününün 18 saat olduğu qənaətinə gəlinib.

Eyni zamanda, Yer kürəsində günün uzunluğunun bir müddət sabit qaldığını daha sonra yavaş və nizamlı bir artımla bugünki 24 saat vaxta çatmasını iddia edən mütəxəssislər də var.

Lakin Yerin fırlanmasında dəyişikliklərin geoloji izlərini tapmaq çox çətindir.

Bununla belə, ekspertlər bu dövrü daha dəqiq müəyyən etmək üçün daha çox testlərə ehtiyac olduğunu da vurğulayıblar./publika/