-
- 10-06-2024, 13:43
- 304
Nazirlik "Son zəng" yoxlamalarına BAŞLADI
İyunun 14-də ümumi təhsil müəssisələrində keçiriləcək "Son zəng" tədbirlərinin təşkili, eyni zamanda təhlükəsizliyin təmin edilməsi ilə bağlı monitorinqlərə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən News24.az verilən xəbərə görə, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini əhatə edən monitorinqlər "Məktəblinin dostu"nun iştirakı ilə həyata keçirilir.
Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd “Son zəng” tədbirləri ilə bağlı hazırlanmış və təhsil müəssisələrinə göndərilmiş təlimatların icra vəziyyətinin ölçülməsi, eləcə də şagirdlərin nizam-intizam qaydaları və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərlə tanış olmaqdır.