İyunun 14-ü “Son zəng” keçiriləcək
    • 9-06-2022, 12:57
    • 537

İyunun 14-ü “Son zəng” keçiriləcək

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

Təhsil Nazirliyindən News24.az-a verilən xəbərə görə, “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Qeyd olunan məsələlər Təhsil Nazirliyinin müvafiq əmrində vurğulanıb.