"28 Mall"-da yanğın həyəcanı - İNSANLAR TƏXLİYYƏ OLUNDU - VİDEO
    • 15-05-2019, 11:36
    • 1 937

"28 Mall"-da yanğın həyəcanı - İNSANLAR TƏXLİYYƏ OLUNDU - VİDEO

Bu gün 28 Mall-da yanğın həyəcanı yaşanıb. İnsanlar ticarət mərkəzindən dərhal təxliyyə olunublar. Əslində isə bütün bu həyəcanlar 

təlim məqsədili təxliyə planının həyata keçirilməsi ilə bağlı olub.

News24 az xəbər verir ki, mağazada keçirilən təlimdə əsas məqsəd ticarət mərkəzində çalışan işçi heyətinə fövqaladə hallar zamanı davranış normalarını xatırlatmaqdır. Səhər saatlarında keçirilən təxliyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzi binasını tərk dib. Təqribən 15 dəqiqədən sonra mağazada iş bərpa olunub.

28 Mall media marketinq departamentinin rəhbəri Nuranə İskəndərova News24.az-a açıqlamasında bildirib ki, ildə iki dəfə ticarət mərkəzində belə təlimlər keçirilir. 

Afaq Mirayiq
Video Qasımzadə Sevgül