Adana və İzmirdə meşə yanğını
    • 10-06-2024, 23:30
    • 234

Adana və İzmirdə meşə yanğını

Adana və İzmirdə meşə yanğınları baş verib.

News24.az xəbər verir ki, Adananın Feke rayonunda meşə sahəsində başlayan yanğın havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışılır.

Eyni zamanda, Konakkuran ərazisində, Bozyerler rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Xəbər üzərinə Meşə Region Müdirliyi qrupları, söndürmə təyyarələri, vertolyotlar və su yük maşınları əraziyə yönəldilib.

Qruplar yanğına nəzarət etmək üçün havadan və qurudan müdaxilə etməyə davam edir.

Günel Məlikzadə