Osmaniyə və Kahramanmaraşda meşə yanır
    • 15-07-2023, 15:09
    • 257

Osmaniyə və Kahramanmaraşda meşə yanır

Türkiyənin Osmaniyə bölgəsinin Sumbas rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın başlayıb.

News24.az xəbər verir ki, külək nəticəsində yanğın sürətlə yayılıb.

Meşə Əməliyyat Müdirliyinin söndürmə qrupları bölgəyə göndərilib. 2 helikopterlə havadan, çiləyici texnika ilə qurudan müdaxilə edilən yanğın nəzarət altına alınmağa çalışılır.

Qeyd edək ki, 3 gün əvvəl eyni ərazidə baş verən yanğında 3 hektar əraziyə ziyan dəyib.

Bu gün günorta saatlarında, həmçinin, Kahramanmaraşın Dulkadiroğlu rayonunda da meşə yanğını başlayıb. Yanğınsöndürənlər alovlara havadan və yerdən müdaxilə edirlər.