![Bakı-Ağstafa qatarlarına Tovuzda dayanacaq verildi](/uploads/posts/2024-06/agstafa.webp)
-
- 10-06-2024, 16:58
- 137
Bakı-Ağstafa qatarlarına Tovuzda dayanacaq verildi
Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.
News24.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.
Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.