Azərbaycanda iyrənc hadisə - Gənc oğlanlar evə daxil olub 77 yaşlı qadını...
    • 15-05-2019, 12:46
    • 1 187

Azərbaycanda iyrənc hadisə - Gənc oğlanlar evə daxil olub 77 yaşlı qadını...

Tovuz rayonunda baş vermiş quldurluq hadisəsi ilə bağlı ibtidai istintaq yekunlaşıb.

News24.az-ın əlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Quldurluq maddəsinin 3 bəndi ilə (181.2.3; 181.2.4; 181.2.1) təqsirləndirilən 24 yaşlı  Ələkbərov Azad Şahid oğlu və 26 yaşlı Qurbanov Vüqar Akif oğlu barəsindəki materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq.

Hadisə ilə bağlı 77 yaşlı Səmədova Zərniyar Mikayıl qızı zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Tovuz rayonunun Hacallı kənd sakini Zərniyar Səmədova rayon polis şöbəsinə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan iki nəfər maska taxmış şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib.

Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin rayonun Mülkülü kənd sakini, 24 yaşlı Azad Ələkbərov və onun tanışı, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən edilib.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf etməklə yanaşı, cinayətin törədilməsində istifadə olunan bir ədəd maskanı təqdim ediblər.

Hadisə vaxtı gənc oğlanlar 77 yaşlı qadını vəhşicəsinə döyüblər.