Azərbaycanda nəvədən nənəsinə qarşı İYRƏNC PLAN – Dostu ilə birgə qadını...
    • 27-05-2019, 10:56
    • 1 676

Azərbaycanda nəvədən nənəsinə qarşı İYRƏNC PLAN – Dostu ilə birgə qadını...

Mingəçevirdə quldurluq cinayəti törətmiş şəxslər barəsində açılan cinayət işinin istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Mingəçevir şəhəri Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə quldurluq cinayəti törətmiş qadının nəvəsi İsgəndərov Tural Nirəddin oğlu və onun dostu Mustafayev Xəyal Rasim oğlu barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.3-ci (quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə başlanan iş məhkəməyə göndərilib. İşə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə vaxtı 80 yaşlı qadının evindən 3 min manat aparılıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib.Cinayətdə şübhəli bilinən iki nəfər - zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar.