Netanyahu onu işindən qovdurdu
    • 11-06-2024, 15:47
    • 146

Netanyahu onu işindən qovdurdu

Fransız komediya aktyoru Guillaume Meurice İsrailin baş naziri Binyamin Netanyahunu tənqid etdiyi üçün Fransa radiosunda işindən qovulub.

News24.az xəbər verir ki, Fransız komediya ustası Meurice Radio France-a bağlı Radio Inter-də yayımlanan proqramda Qəzzaya hücumlarını davam etdirən İsrail baş naziri Netanyahunu tənqid edən yumoristik açıqlamalarına görə işindən qovulub.

Radio France bildirib ki, komediyaçı "böyük səhvə görə əmək müqaviləsinə vaxtından əvvəl xitam verib".

Komediyaçının işdən çıxarılması ilə bağlı “Le Monde” qəzetinə verdiyi açıqlamada Radio France İcraiyyə Şurasının sədri Sibyle Veil bu qərarın Meurice-nin “inadkarlığı və dəfələrlə sədaqətsizliyi” səbəbindən verildiyini bildirib.

Günel Məlikzadə