Anar Ağakişiyev İsraildə qəzaya düşdü -VİDEO  EKSKLÜZİV
    • 15-05-2019, 19:08
    • 1 361

Anar Ağakişiyev İsraildə qəzaya düşdü -VİDEO EKSKLÜZİV

Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevin stilisti, qrimçi Anar Ağakişiyev İsraildə qəzaya düşüb.  

News24.az-ın İsrailə ezam olunan əməkdaşlarının verdiyi xəbərə görə, stilist motosikletdən yıxılıb. Nəticədə o, sol gözündən və başından xəsarət alıb.  Stilistə təcili tibbi yardım göstərilib. Onun sol gözü əməliyyat olunub və tikişlər qoyulub.

Stilist News24.az-ın vasitəsilə anasına başına gələnləri eşidib narahat olmaması üçün mesaj göndərib.