Aktyor Əlibala Əsgərov vəfat edib
    • 12-06-2024, 23:33
    • 1 221

Aktyor Əlibala Əsgərov vəfat edib


Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.

News24.az "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib.

Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.