-
- 13-06-2024, 12:38
- 196
Reklam lövhəsini quraşdırdı, elektrik cərəyanı vurdu
Rusiyada reklam banneri quraşdıran şəxslər bədbaxt hadisə yaşayıb.
News24.az xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 13-də səhər saatlarında Novikova küçəsindəbaş verib.
Hadisə kişilər qaldırıcı ilə yol kənarındakı reklam lövhəsinə pankart yapışdırarkən baş verib. 46 yaşlı kişi hadisə zamanı elektrik cərəyanın qurbanı olub, onun kiçik qardaşı və dostu isə hündürlükdən yıxılıb və elektrik cərəyanı xəsarətləri və çoxsaylı sınıq və qançırlar ilə xəstəxanaya yerləşdirilib.
Nəzarət orqanı əməyin mühafizəsi qanunvericiliyinin tələblərinin yerinə yetirilib-yetirilmədiyini müəyyən edir. Faktla bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə