-
- 13-06-2024, 23:00
- 250
Ərdoğan İspaniyaya təşəkkür etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə Türkiyə-İspaniya İş Forumunda çıxış edib.
News24.az xəbər verir ki, Ərdoğan iki ölkə arasında iqtisadi və ticari əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib.
İsrailin Qəzzaya təxminən 200 gündür davam edən hücumlarını unutmayan prezident Ərdoğan, göstərdiyi münasibətə görə İspaniyaya təşəkkür edib.
Ərdoğan deyib: "Heç bir vicdanlı ölkənin belə bir vəziyyəti qəbul etməsi mümkün deyil. İspaniyanı münasibətinə görə təbrik edirəm. İlk gündən etibarən həqiqətən prinsipial və ardıcıl siyasət yürütərək, həm ispan xalqının, həm Fələstinli qardaşlarımızın, həm də Türkiyənin qəlbində müstəsna yer qazandı".
Günel Məlikzadə